USD 1.7000 EUR 2.0215 RUB 0.0220 TRY 0.2085 QIZIL 1726.95 $ GÜMÜŞ 24.802 $ BREND 63,57 $ AZERİ LİGHT 62,95 $ BITCOIN 60705.05 $

Dünyada sərnişin havadaşımalarının azalması kəskin SÜRƏTLƏNİB

Fevral ayında dünya sərnişin havadaşımalarının  illik hesablamada azalma sürəti yanvar ayındakı 72 %-dən 74,7%-a qədər artıb.

BiznesMedia xəbər verir ki, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) press-relizində deyilir.

“Əksər ölkələrdə vaksinasiya sahəsində inkişafın zəif getməsi onların hökumətlərinin sərt turistik məhdudiyyətləri saxlamağına gətirib çıxarıb”, - deyə relizdə bildirilir.

Beynəlxalq sərnişin hava daşımalarının həcmi fevral ayında 88,7%, daxili isə 51% azalıb.

IATA-ın məlumatına əsasən, ən güclü azalma Avropada (82,8%) və Yaxın Şərqdə (81,7%) müşahidə olunub. 

18:57
7 aprel 2021
0 0 3
Top