Dünyanın ən varlı insanı, “Amazon”un təsisçisi və Baş direktoru Ceff Bezos ABŞ prezidenti Co Baydenin mənfəət vergisinin 21%-dən 28%-ə qədər yüksəldilməsini nəzərdə tutan yeni vergi planını dəstəklədiyini açıqlayıb.
BiznesMedia xəbər verir ki, bu barədə iş adamı özünün “twitter” hesabında yazıb.
“Baydenin Amerikadakı infrastruktur sərmayələrini artırmağa fokuslanmasını dəstəkləyirik”, - deyə Bezos bildirib.
O, həmçinin qeyd edib ki, Demokratlar və Respublikaçıların keçmişdəki kimi bir araya gələrək bu layihənin reallaşmasını təmin etməsi üçün doğru zaman gəlib.
“Bu sərmayələr üçün bütün iştirakçılardan dəstək lazımdır. Mənfəət vergisinin artırılmasını dəstəkləyirik”, - deyə Bezos bildirib.