USD 1.7000 EUR 2.0215 RUB 0.0220 TRY 0.2085 QIZIL 1726.95 $ GÜMÜŞ 24.802 $ BREND 63,57 $ AZERİ LİGHT 62,95 $ BITCOIN 60705.05 $

Vərəm əleyhinə tədbirlərin təşkilinə məsul orqan dəyişir

Azərbaycanda vərəm əleyhinə tədbirlərin təşkilinə məsul orqan dəyişir.

BiznesMedia-nın məlumatına görə, bununla əlaqədar “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” qanuna dəyişiklik təklif olunur. 

Qüvvədə olan qanuna əsasən, vərəm əleyhinə tibb müəssisələrinin fəaliyyətinə nəzarət Səhiyyə Nazirliyi  tərəfindən həyata keçirilir. Layihəyə əsasən, vərəm əleyhinə tibb müəssisələrinin fəaliyyətinə nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) - TƏBİB tərəfindən həyata keçiriləcək. 

Vərəmlə əlaqədar aşkar olunmuş bütün hallar ərazi üzrə vərəm əleyhinə tibb müəssisələrində qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi qeydiyyata və uçota alınmalıdır.  Layihəyə əsasən, artıq bu barədə də Səhiyyə Nazirliyinə deyil, TƏBİB-ə dərhal məlumat verilməlidir.
18:22
7 aprel 2021
0 0 2
Top