USD 1.7000 EUR 2.0215 RUB 0.0220 TRY 0.2085 QIZIL 1726.95 $ GÜMÜŞ 24.802 $ BREND 63,57 $ AZERİ LİGHT 62,95 $ BITCOIN 60705.05 $

Norveç neft fondu ilk dəfə bərpa olunan enerjiyə vəsait yatırıb

Norveçin “Norges Bank İnvestment Management” (NMIB; Norveç Bankı Sərmayə İdarəçiliyi) fondu 1.375 milyon dollara Niderlandın dənizdə yerləşən “Borssele 1 – 2” yel enerjisi sahəsində 50 faizlik pay əldə edib.

BiznesMedia fondun açıqlamasına istinadən xəbər verir ki, bu gün imzalanmış müqavilənin cari ilin ikinci, yaxud üçüncü rübündə başa çatdırılacağı gözlənilir.

Layihənin qalan hissəsi yel sahəsinin opratoru “Orsted” şirkətinin əlində qalacaq. 752 mVt gücünə malik “Borssele 1 – 2” yel enerjisi sahəsinin istehsal etdiyi elektrik enerjisi 1 milyonadək ev təsərrüfatının illik enerji istehlakına yaxındır.

Qeyd edək ki, NMİB bərpa olunan enerji sahəsinə sərmayə yatırmaq icazəsini 2019-cu ildə alıb. Dünyanın ən böyük sərmayə fondlarından olan NMIB Norveç Dövlət Təqaüd Fondunu və Norveç Bankının valyuta ehtiyatlarının əksər hissəsini idarə edir.
18:46
7 aprel 2021
0 0 5
Top