USD 1.7000 EUR 2.0215 RUB 0.0220 TRY 0.2085 QIZIL 1726.95 $ GÜMÜŞ 24.802 $ BREND 63,57 $ AZERİ LİGHT 62,95 $ BITCOIN 60705.05 $

"Twitter"dan “Clubhouse”a təklif

Son aylarda "Twitter" şirkəti “Clubhouse” sosial şəbəkəsini satın alınmaqla bağlı danışıqlar aparıb.

BiznesMedia xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat bildirib.

Məlumata görə, sazişin qiyməti 4 milyard ABŞ dollar qiymətləndirilir. Hazırda danışıqlar naməlum səbəbdən dayandırılıb.

"Twitter"in nümayəndəsi buna şərh verməkdən imtina edib, “Clubhouse”da agentliyin sorğusuna cavab verməyiblər.

Daha əvvəl "Twitter"  şirkəti “Spaces” audioplatformasının beta versiyasını buraxıb. Yeni versiyanın “Clubhouse”a rəqib olduğu vurğulanırdı. Hazırda heç də bütün istifadəçilər platformadan açıq danışıqların keçirilməsi üçün istifadə edə bilmirlər.

“Clubhouse” istifadəçilərin qeyd və daha çox yayılma imkanı olmadan səsli mesajlarla ünsiyyət qurduğu sosial şəbəkədir. Tətbiqə qoşulmaq üçün artıq qeydiyyatdan keçmiş bir istifadəçidən dəvət almaq lazımdır.
09:24
8 aprel 2021
0 0 4
Top