USD 1.7000 EUR 2.0515 RUB 0.0229 TRY 0.2052 QIZIL 1818,92 $ GÜMÜŞ 23,333 $ BREND 68,49 $ AZERİ LİGHT 68,39 $ BITCOIN 57 064.1 $

Azərbaycanın qeyri-neft ixracı artıb - NAZİR

Bu ilin yanvar-mart aylarında qeyrineft məhsullarının ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,4% artaraq 501,6 mln. ABŞ dolları təşkil edib.

BiznesMedia xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

Nazir bildirib ki, bu, Azərbaycan iqtisadiyyatının pandemiya dövründə də dayanıqlığının göstəricisidir.

"2021-ci ilin yanvar-mart ayları üzrə qeyri-neft ixracının həcmi müstəqillik illərinin analoji dövrü ilə müqayisədə rekord göstəricidir. Bu ilin ilk 3 ayında qeyri-neft məhsullarının ixracı ilk dəfə olaraq 500 mln. dolları ötüb", - nazir qeyd edib.
16:20
12 aprel 2021
0 0 3
Top