USD 1.7000 EUR 2.0515 RUB 0.0229 TRY 0.2052 QIZIL 1818,92 $ GÜMÜŞ 23,333 $ BREND 68,49 $ AZERİ LİGHT 68,39 $ BITCOIN 57 064.1 $

Yanvar-fevral aylarında Belarusa ixrac olunan nefti

Belarus 2021-ci ilin yanvar-fevral aylarında 995,5 milyon dollar dəyərində neft idxal edib. Bu barədə Belarus mətbuatı xəbər verir.

BiznesMedia xəbər verir ki, “Belstat”ın məlumatına görə, dəyər ifadəsində idxalın həcmi üç dəfəyə qədər artıb. Hesabat dövründə Azərbaycandan 83,6 milyon dollar, Rusiyadan 911,9 milyon dollardəyərində neft idxal olunub.

Xəbər verildiyi kimi, “SOCAR Trading” (SOCAR-ın törəmə strukturu) Belarus tərəfi ilə 2021-ci ildə 1 milyon tona yaxın neftin tədarükü haqqında müqavilə bağlayıb. 2021-ci ilin yanvar və fevral aylarında “SOCAR Trading” Belarusa hər biri 90 min ton həcmində iki partiya Azərbaycan nefti nəql edib.

“SOCAR Trading” 2020-ci ilin mart ayında Belarusun “Belneftexim” konserninə neft tədarük etməyə başlayıb.

2020-ci ildə SOCAR “Belneftexim”ə 1 milyon tona yaxın neft tədarük edib, bunun 720 min tona qədəri Azərbaycan, qalan həcm isə qeyri-Azərbaycan nefti olub.

Odessa-Brodı kəməri vasitəsilə Azərbaycandan Belarusa neft 2011-ci ildə nəql olunub. Müqavilədə 4 milyon ton neftin nəqli nəzərdə tutulsa da, faktiki həcm təxminən 900 min ton təşkil edib.
12:42
13 aprel 2021
0 0 2
Top