USD 1.7000 EUR 2.0515 RUB 0.0229 TRY 0.2052 QIZIL 1818,92 $ GÜMÜŞ 23,333 $ BREND 68,49 $ AZERİ LİGHT 68,39 $ BITCOIN 57 064.1 $

Gömrük rüsumlarından dövlət büdcəsinə daxil olan məbləğ açıqlanıb

2021-ci ilin yanvar-mart aylarında Azərbaycan dövlət büdcəsinə gömrük rüsumlarından daxilolmalar 260,7 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz çoxdur.

BiznesMedia bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, bu ilin ilk üç ayı ərzində DGK xətti ilə dövlət büdcəsinə daxilolmalar 943,5 milyon manata bərabər olub və ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz azalıb.

Dövlət büdcəsindən əlavə dəyər vergisindən daxilolmalar 7,8 faiz azalaraq 636,88 milyon manat təşkil edib.
15:12
13 aprel 2021
0 0 2
Top