USD 1.7000 EUR 2.0515 RUB 0.0229 TRY 0.2052 QIZIL 1818,92 $ GÜMÜŞ 23,333 $ BREND 68,49 $ AZERİ LİGHT 68,39 $ BITCOIN 57 064.1 $

Azərbaycanın maye karbohidrogenlər hasilatı üzrə proqnozu yüksəldi

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Azərbaycanda 2021-ci il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu yüksəldib.

BiznesMedia xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında məlumat verilib.

Hesabata əsasən, 2021-ci il üçün Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 760 min barel səviyyəsində olacağı gözlənilir ki, bu da əvvəlki proqnozdan 30 min barel çoxdur.

Qeyd edilir ki, 2020-ci ildə Azərbaycanda ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 730 min barel olub. Bu, 2019-cu ilin göstəricisi ilə müqayisədə 60 min barel azdır.
16:19
13 aprel 2021
0 0 3
Top