USD 1.7000 EUR 2.0515 RUB 0.0229 TRY 0.2052 QIZIL 1818,92 $ GÜMÜŞ 23,333 $ BREND 68,49 $ AZERİ LİGHT 68,39 $ BITCOIN 57 064.1 $

Yeni əskinazlar niyə suda islanmır? - RƏSMİ AÇIQLAMA

Son günlərdə sosial şəbəkələrdə yeni əskinazların suda islanmamasını nümayiş etdirən bağlı videolar paylaşılır və müzakirələr aparılır. 

Bəs suda islanmayan yeni əskinazların tərkibi nədir?

Mərkəzi Bankın mətbuat katibi Namiq Əliyev məsələ ilə bağlı BiznesMedia-ya açıqlama verib.

"Azərbaycan Mərkəzi Bankı tərəfindən cari ilin yanvar ayından tədavülə buraxılmış, yenilənmiş 1, 5 və 50 manatlıq kağız pul nişanları tədavüldə olan digər pul nişanlarımıza analoji olaraq 100% pambıqdan hazırlanıb. Yeni əskinazlar ekoloji təmiz, insan sağlamlığına zərərli olmayan materiallardan istifadə edilməklə hazırlanıb. Üzərinə xüsusi "lak" çəkilib. Əskinazların islanmamaq səbəbi həmin "lak"dır", - deyə AMB-nin sözçüsü qeyd edib.

Namiq Əliyev milli pul nişanlarımızın istehsalının Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış və Hökumət başçısının rəhbərlik etdiyi Pul İslahatı Komitəsinin qərarlarına uyğun həyata keçirildiyini və bununla bağlı bütün məsələlərin Komitənin iclaslarında müzakirə olunduğunu əlavə edib.

Nübar Lətifli
12:06
4 may 2021
4 0 1051
Top