USD 1.7000 EUR 2.0515 RUB 0.0229 TRY 0.2052 QIZIL 1818,92 $ GÜMÜŞ 23,333 $ BREND 68,49 $ AZERİ LİGHT 68,39 $ BITCOIN 57 064.1 $

8 və 16 may tarixlərində avtobuslar işləyəcək?

Mayın 8-i və 16-da Bakıda ictimai nəqliyyat fəaliyyətini davam etdirəcək.

Bu barədə BiznesMedia-ya BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

O bildirib ki, Nazirlər Kabinetinin 19 aprel tarixli qərarında 8 və 16 may həftənin şənbə və bazar günlərinə düşsə də, rəsmi iş günləri hesab edilir. 

Rəsmi iş günləri sayıldığına görə həmin tarixlərdə ictimai nəqliyyat fəaliyyət göstərəcək. 

Xatırladaq ki, mayın 9-u saat 00:00-dan mayın 16-sı saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq. 
12:14
4 may 2021
1 0 44
Top