USD 1.7000 EUR 2.0515 RUB 0.0229 TRY 0.2052 QIZIL 1818,92 $ GÜMÜŞ 23,333 $ BREND 68,49 $ AZERİ LİGHT 68,39 $ BITCOIN 57 064.1 $

Rusiya bu ölkələrə qazın ixracını kəskin artırıb

Bu ilin yanvar-aprel aylarında Rusiyanın "Qazprom" şirkəti uzaq xarici ölkələrə 68,4 mlrd. kubmetr qaz tədarük edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 15,1 mlrd. kubmetr və ya 28,3% çoxdur.

BiznesMedia-nın məlumatına görə, bu barədə Rusiya mətbuatı "Qazprom"a istinadən xəbər verir.

Məlumata görə, ilin əvvəlindən şirkət 179,9 mlrd. kubmetr qaz hasil edib, bu da illik müqayisədə 21,7 mlrd. kubmetr və 13,7% çoxdur.

Qeyd olunur ki, qaz alışı xüsusən Almaniya (+36,8%), Türkiyə (+143,7%), İtaliya (+11%), Fransa (+16,9%), Serbiya (+97,9%), Rumıniya (+139,8), Polşaya (+20,6) və Yunanıstan (+34,8%) kimi Rusiya "mavi yanacağı"nın istehlakçıları tərəfindən artırılıb.

Xatırladaq ki, Azərbaycan Türkiyənin qaz idxalında Rusiyadan sonra ikinci yerdə qərarlaşıb. Bununla yanaşı, Azərbaycan 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri vasitəsi ilə Avropaya qazın ixracına başlayıb. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır.
20:53
4 may 2021
0 0 2
Top