USD 1.7000 EUR 2.0515 RUB 0.0229 TRY 0.2052 QIZIL 1818,92 $ GÜMÜŞ 23,333 $ BREND 68,49 $ AZERİ LİGHT 68,39 $ BITCOIN 57 064.1 $

BVF-dən Səudiyyə Ərəbistanı ilə bağlı xoşagəlməz PROQNOZ

Beynəlxalq Valyuta Fondu (BVF) bu il Səudiyyə Ərəbistanı iqtisadiyyatının böyümə proqnozunu 2,9% faizdən 2,1%-ə endirib.

BiznesMedia xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondu (BVF) açıqlayıb.

 BVF ölkə rəhbərliyinin, yeni növ koronavirus (Kovid-19) böhranına sürətli və qərarlı bir şəkildə müdaxilə etmədiyini bildirib. Buna görə də krallığın iqtisadiyyatı nisbətən gec bərpa olunacaq. Bəyanatda bildirilib ki, krallığın iqtisadiyyatında diçəliş, bankların həyata keçirəcəyi özəl sektora dəstək proqramları hesabına baş verə bilər. Krallığın iqtisadiyyatının bu il 2,1%, gələn il 4,8% böyüməsi gözlənilir. Səudiyyə Ərəbistanı iqtisadiyyatı 2020-ci ildə 4,1% kiçilib.

Bundan əlavə, "OPEC +" qrupunun neft hasilatının azadılması ilə bağlı razılaşmanın sona çatması və krallığın neft hasilatını artırması ölkə iqtisadiyyatını dəstəkləyəcək. Əgər, belə davam etsə, iqtisadi artım gələn il 6,8% olacaq.
19:40
4 may 2021
0 0 2
Top