USD 1.7000 EUR 2.0515 RUB 0.0229 TRY 0.2052 QIZIL 1818,92 $ GÜMÜŞ 23,333 $ BREND 68,49 $ AZERİ LİGHT 68,39 $ BITCOIN 57 064.1 $

İlon Mask bir sutkada 5 milyard dollar kasıbladı

“SpaceX” və “Tesla” şirkətinin rəhbəri İlon Maskın sərvəti bir gündə 5 milyard dollar azalıb.

BiznesMedia xəbər verir ki, bu barədə “Forbes Real-Time” reytinqinin məlumatlarında qeyd edilir.

“Tesla”nın səhmləri bazar ertəsi şirkətin Berlin fabrikinin açılışını təxirə salmaq məcburiyyətində qala biləcəyi barədə xəbərlərdən sonra azalıb. Gecikmənin səbəbi şirkətin layihə üçün əlavə ətraf mühit və inşaat icazələri alması ilə bağlıdır.

Maskın sərvəti indi təqribən 168,6 milyard dollar qiymətləndirilir. O, “Forbes”in dünyanın ən varlı insanları reytinqində üçüncü sıradadır.
18:55
4 may 2021
0 0 2
Top