USD 1.7000 EUR 2.0515 RUB 0.0229 TRY 0.2052 QIZIL 1818,92 $ GÜMÜŞ 23,333 $ BREND 68,49 $ AZERİ LİGHT 68,39 $ BITCOIN 57 064.1 $

Milli Depozit Mərkəzi aprel ayında kupon ödənişlərinin məbləğini açıqlayıb

Milli Depozit Mərkəzi bu il aprel ayında ödəniş agenti qismində dövlət qiymətli kağızları və korporativ istiqrazlar üzrə həyata keçirdiyi kupon ödənişlərinin məbləğini açıqlayıb.

BiznesMedia-nın məlumatına görə, ötən ay qurum ümumilikdə 783 investor üzrə 62,5 milyon manat və 1,3 milyon ABŞ dolları ödəniş edib.

Ödənişlər Maliyyə Nazirliyi, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), BOKT “Embafinance” QSC və “Ferrum Kapital” MMC üçün həyata keçirilib.
16:16
4 may 2021
0 0 6
Top