USD 1.7000 EUR 2.0515 RUB 0.0229 TRY 0.2052 QIZIL 1818,92 $ GÜMÜŞ 23,333 $ BREND 68,49 $ AZERİ LİGHT 68,39 $ BITCOIN 57 064.1 $

Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 19 286 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan BiznesMedia-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4702, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 584 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 536 328, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 980 005, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 556 323 təşkil edir.
16:44
4 may 2021
0 0 5
Top