USD 1.7000 EUR 2.0515 RUB 0.0229 TRY 0.2052 QIZIL 1818,92 $ GÜMÜŞ 23,333 $ BREND 68,49 $ AZERİ LİGHT 69,59 $ BITCOIN 57 064.1 $

Nazir BMT İnkişaf Proqramı ilə əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparıb

İqtisadiyyat naziri Mikayıl Cabbarov BMT İnkişaf Proqramının (UNDP)Azərbaycan Respublikasındakı Rezident Nümayəndəsi Alessandro Frakassetti ilə görüşüb.

BiznesMedia xəbər verir ki, bu barədə İqtisadiyyat nazirliyindən məlumat verilib.

Mikayıl Cabbarov Azərbaycanın BMT-nin müxtəlif ixtisaslaşmış qurumları ilə səmərəli əməkdaşlıq etdiyini, bir sıra sənədlərin imzalandığını və birgə layihələrin həyata keçirildiyini diqqətə çatdırıb. Bu il martın 1-də BMT və Azərbaycan Hökuməti arasında 2021-2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi imzalandığını xatırladan iqtisadiyyat naziri sənədin ölkəmizdə aparılan sosial-iqtisadi islahatlara, Milli Prioritetlərə uyğun inkişaf hədəflərinə nail olmağa və Davamlı İnkişaf Məqsədlərinin (DİM) icrasına töhfə verəcəyini bildirib.

Görüşdə pandemiyanın iqtisadiyyata mənfi təsirlərinin aradan qaldırılması məqsədilə Azərbaycan Hökumətinin həyata keçirdiyi tədbirlər barədə məlumat verilib, UNDP-nin bu istiqamətdədəstəyinin yüksək qiymətləndirildiyi vurğulanıb. Qeyd edilib ki, UNDP 2020-2021-ci illərdə koronavirusun Azərbaycanda mikro, kiçik və orta sahibkarlıq subyektlərinə (KOB) təsirinin qiymətləndirilməsi ilə bağlı sorğular keçirib, pandemiya və müharibə nəticələrinin aradan qaldırılması istiqamətində KOBüçün rəqabət paketinin hazırlanmasına dəstəyini təklif edib.

BMT İnkişaf Proqramının Azərbaycan Respublikasındakı Rezident Nümayəndəsi Alessandro Frakassetti təmsil etdiyi qurumun ölkəmizlə bir sıra sahələr üzrə səmərəli əməkdaşlığını diqqətə çatdırıb, işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərinin həyata keçirilməsi prosesinə UNDP tərəfindən dəstək göstərilməsinin planlaşdırıldığını bildirib.

Görüşdə pandemiyanın mənfi təsirlərinin aradan qaldırılması tədbirləri, DİM-ə nail olmaq istiqamətində görülən işlərvə s. məsələlər müzakirə olunub.
16:55
4 may 2021
0 0 5
Top