USD 1.7000 EUR 2.0515 RUB 0.0229 TRY 0.2052 QIZIL 1818,92 $ GÜMÜŞ 23,333 $ BREND 68,49 $ AZERİ LİGHT 68,39 $ BITCOIN 57 064.1 $

Melinda Qeyts alimentdən imtina etdi

İş qadını Melinda Qeyts “Microsot”un təsisçisi Bİll Qeytslə boşandıqdan sonra aliment tələb etməkdən imtina edib.

BiznesMedia xəbər verir ki, bu barədə boşanma sənədinin surətini ələ keçirən TMZ nəşri yazır.

Melindanın ərizəsində bildirilir ki, onun sabiq ərinin maddi dəstəyinə ehtiyacı yoxdur. 

Melinda Qeyts məhkəmədən bütün əmlak məsələlərini ayrı yaşayış müqaviləsinə uyğun olaraq həll etməsini xahiş edib.

Ayrı yaşayış müqaviləsinin özü boşanma ərizəsinə daxil edilməsə də, sənədlərdən görünür ki, cütlük artıq bir müddətdir ayrı yaşayırmış və bütün əmlak məsələlərini bir müddət əvvəl imzaladıqları müqavilə ilə həll edibmiş.

Qeyd edək ki, Bill və Melindanın 27 illik ailə həyatına son qoymağa razılaşdıqları bu gün məlum olub. Cütlüyün adından yayımlanan birgə bəyanatda onların ikitərəfli razılıq əsasında boşanmaq qərarına gəldikləri bildirilib. 

17:10
4 may 2021
1 0 70
Top