USD 1.7000 EUR 2.0515 RUB 0.0229 TRY 0.2052 QIZIL 1818,92 $ GÜMÜŞ 23,333 $ BREND 68,49 $ AZERİ LİGHT 68,39 $ BITCOIN 57 064.1 $

ABŞ-ın xarici ticarət kəsirindən rekord GÖSTƏRİCİ

ABŞ-ın xarici ticarət kəsiri mart ayında rekord səviyyəyə - 74,4 milyard ABŞ dollarına çatıb. 

BiznesMedia xəbər verir ki, bu barədə ABŞ Ticarət Nazirliyi açıqlayıb.

Məlumata görə, fevral ayında Ştatın xarici ticarət kəsiri 70,5 milyard ABŞ dolları təşkil edib. Ticarət kəsirinin artmasına səbəb ABŞ-ın idxalın həcminin artması olub. Belə ki, ABŞ-ın mart ayında idxalı əvvəlki ilin eyni dövrünə görə 6,3% artaraq 274,5 milyard ABŞ dolları olub. Bununla da ölkənin idxalı rekord səviyyəyə çatıb. ABŞ-ın ixracı isə bu ilin mart ayında illik 6,6% artaraq 200,1 milyard ABŞ dolları təşkil edib.
17:25
4 may 2021
0 0 6
Top