USD 1.7000 EUR 2.0515 RUB 0.0229 TRY 0.2052 QIZIL 1818,92 $ GÜMÜŞ 23,333 $ BREND 68,49 $ AZERİ LİGHT 69,59 $ BITCOIN 57 064.1 $

“Pfizer” şirkətinin xalis mənfəəti açıqlanıb

ABŞ-ın “Pfizer” şirkətinin səhmdarlara aid olan xalis mənfəəti bu ilin I rübündə təxminən 1,5 dəfə artaraq 4,877 mlrd. dollara çatıb.

BiznesMedia xəbər verir ki, bu barədə şirkətin maliyyə hesabatında bildirilir.

Qeyd olunur ki, yanvar-mart aylarında şirkətin səhm üzrə seyrəltilmiş mənfəəti bir il əvvəlki 0,6 dollara qarşı 0,86 dollar təşkil edib. Korrektə edilmiş rəqəm 0,77 dollar proqnoza qarşı 0,93 dollar təşkil edib. “Pfizer”in ötən rüb gəlirləri də 1,5 dəfə artaraq 14,582 mlrd. dollara çatıb. Analitiklər gəlirlərin 13,67 mlrd. dollar olacağını gözləyirdilər.

Şirkət həmçinin cari il üçün gəlir üzrə proqnozunu 70,5 - 72,5 mlrd. dollara yüksəldib. Əvvəllər bu rəqəmin 59,4-61,4 mlrd. dollar olacağı gözlənilirdi.

“Pfizer” 2021-ci ildə səhm başına korrektə olunan seyrəltilmiş mənfəətin 3,55-3,65 dollar olacağını proqnozlaşdırılır.

“Pfizer” həmçinin COVID-19 peyvəndindən gəlir proqnozunu əvvəllər gözlənilən 15 mlrd. dollardan 26 mlrd. dollara yüksəldib.
18:20
4 may 2021
0 0 7
Top