USD 1.7000 EUR 2.0515 RUB 0.0229 TRY 0.2052 QIZIL 1818,92 $ GÜMÜŞ 23,333 $ BREND 68,49 $ AZERİ LİGHT 68,39 $ BITCOIN 57 064.1 $

Sığorta vasitəçilərinin AMB qarşısında hesabatlılığı müəyyən ediləcək

Sığorta vasitəçilərinin Azərbaycan Respublikasının Mərkəzi Bankı qarşısında hesabatlılığı müəyyən ediləcək.

BiznesMedia-nın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsinə əsasən, sığorta vasitəçiliyi fəaliyyətinə lisenziyanın ləğvi və yenidən müraciət halları ilə bağlı müddəalar təkmilləşdiriləcək.

Bundan başqa, sığorta vasitəçiləri işçilərinin attestasiyadan keçirilməsi tələbi qoyulacaq.

Eyni zamanda hüquqi şəxs olan sığorta brokerlərinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin maliyyə hesabatlarının müstəqil auditor tərəfindən yoxlanılması tələbi aradan qaldırılır.

Sığorta agentlərinin sığortaçıda vəzifə tutması qadağan ediləcək. 
17:44
4 may 2021
0 0 6
Top