USD 1.7000 EUR 2.0567 RUB 0.0236 TRY 0.2027 QIZIL 1902,10 $ GÜMÜŞ 28,23 $ BREND 71,23 $ AZERİ LİGHT 73,17 $ BITCOIN 36751,5 $

Quruma bağlı işləyənlər və "korporativ sədaqət"in əhəmiyyəti

Bugünkü iş həyatının dinamikasında insan amili daim diqqət mərkəzindədir. İnsan amili diqqət mərkəzində olduğu müddətdə korporativ öhdəliklərə və işçilərə ehtiyac artır.

Korporativ öhdəliklərin tarixi 1970-ci illərdən başlayır. Korporativ öhdəlik qurumun məqsəd və vəzifələrini özündə cəmləşdirmək, qəbul etmək, mənimsəmək, mənsubiyyət hissinə sahib olmaq və sədaqət göstərməkdir. Eyni zamanda, qurumun müvəffəqiyyətinə görə fədakarlıq və kömək etməkdir.

Allen və Meyerin "korporativ sədaqət" təsnifatı

Allen və Meyer (1991) təşkilati bağlılığı üç kateqoriyaya bölüb. Bunlar: duyğusal, davamlılıq və normativ bağlılıqdır. Duyğusal öhdəlik həm qurumun, həm işçilərin məqsəd və hədəflərinin müəyyənləşdirildiyi, səy göstərən, xoşbəxt və motivasiyalı işçilərin olduğu, ən əsası qurumların ən çox arzuladığı öhdəlik növüdür. İşçilər təşkilatın bir hissəsidir və təşkilatda könüllü olaraq qalmaq istəyirlər. 

Davamlılıq öhdəliyi olan işçilər quruma sərf etdikləri əmək və səylər səbəbindən müəssisədə qalmaq məcburiyyətində olduqlarını hiss edirlər. Eyni zamanda, iş tapmaqda çətinliklər, iş alternativlərinin azlığı, yaş, cinsiyyət və s. bu kimi amillər işçilərin davamlılıq öhdəliyinə təsir edir. 
Normativ öhdəlikdə isə insanlar qurumda qalmağın doğru olduğuna, ətraf mühit şərtlərindən və cəmiyyətdən təsirləndiklərinə görə müəssisədə qalırlar.

Korporativ bağlılığı yüksək olan işçilər
  • Yüksək iş performansı,
  • Yüksək iş məmnuniyyəti,
  • İş dəyişmə dərəcəsi az olan,
  • Maaşın qane etməsi
  • İşə qarşı tənbəl olmayan
  • Davamsızlığı az olan,
  • Daha az stresli
  • Yüksək mənəvi və motivasiyalı işçilər
Quruma bağlılıq artdıqca, qurumla ünsiyyət quran, inteqrasiya edən və quruma üzv olmaqdan məmnun olan işçilərin sayı artacaq, məhsuldarlıq və işə məsuliyyətdə də artım olacaq. Bundan əlavə, qurumlar güclü bir korporativ mədəniyyətə və güclü bir imicə sahib olacaqlar.
İşçilərin quruma sevgi və bağlılığını artırmaq üçün təkliflər
  • İştirakçı idarəetmə yanaşmasını qəbul etmək,
  • Karyera inkişafına dəstək vermək,
  • Ünsiyyətdə açıq və şəffaf olmaq,
  • Qurum daxilində ədalətli və obyektiv olmaq,
  • Korporativ mədəniyyətin gücləndirilməsi üçün səy göstərmək
Qurumun öhdəliyi onun uğur qazanmasında əsas rol oynayır. Qurumların davamlılığı müvəffəqiyyət və effektivliyi üçün əvəzolunmazdır.

Mənbə: Pazarlama Türkiye

BiznesMedia üçün hazırladı: Nübar Lətifli
14:22
10 iyun 2021
1 0 14
Top