USD 1.7000 EUR 2.0567 RUB 0.0236 TRY 0.2027 QIZIL 1902,10 $ GÜMÜŞ 28,23 $ BREND 71,23 $ AZERİ LİGHT 73,17 $ BITCOIN 36751,5 $

Seroloji analiz, epileptiklər – Nazirlik peyvəndlənmə ilə bağlı məsələlərə aydınlıq gətirdi

“Vaksin iki dozada vurulur. Peyvəndin ikinci dozasını 56 günə qədər vurdurmaq olar”.

BiznesMedia-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən işçi qrupun üzvü Nailə Daşdəmirova "COVID-19 Sertifikatı" mövzusunda çıxışında deyib.

“Hər iki dozada eyni vaksindən vurulması tövsiyə olunur. Hələ bunlar klinik sınaqlar mərhələsindədir”, - N.Daşdəmirova qeyd edib.

O, həmçinin seroloji analizlə COVID pasportu almaq mövzusuna da toxunub: “İgG analizi verərək COVID pasportu əldə etmək mümkün deyil. Bu, seroloji analizdir, bununla heç bir pasport almaq mümkün deyil”.

N.Daşdəmirovanın sözlərinə görə, immun sertifikatı olan şəxsin sertifikatının müddəti 6 ay tamamlananda bitir, bu zaman o, vaksinasiya olunub “Vaksin sertifikatı” ala bilər.

Epilepsiyası olan şəxslərin peyvənd vurdurması məsələsindən danışarkən, işçi qrupun üzvü qeyd edib ki, epilepsiyanın remissiya dövrü COVID-19 əleyhinə vaksinin vurdurulması üçün əks göstəriş deyil.

“Şəkərli diabeti, endokrin xəstəlikləri olanlar ilk növbədə vaksin vurdurmalıdır”, - deyə N.Daşdəmirova əlavə edib.

15:34
10 iyun 2021
0 0 36
Top