USD 1.7000 EUR 2.0567 RUB 0.0236 TRY 0.2027 QIZIL 1902,10 $ GÜMÜŞ 28,23 $ BREND 71,23 $ AZERİ LİGHT 73,17 $ BITCOIN 36751,5 $

Dünyada ilk dəfə bu ölkədə xəz satışı qadağan edildi

İsrail dünyada dəb sənayesində xəzin satışını qadağan edən ilk ölkə olub.

BiznesMedia xəbər verir ki, bu barədə "The Jerusalem Post" yazıb.

"Xəz sənayesi dünyada yüz milyonlarla heyvanın həlak olmasına səbəb olur", - İsrailin ətraf mühitin mühafizəsi naziri Gila Qamliel bildirib.

Nazir bununla bağlı qanunvericiliyə müvafiq düzəlişləri imzalayıb, dəyişikliklər yarım il sonra qüvvəyə minəcək. Onun sözlərinə görə, heyvanların dərisindən və xəzindən dəb naminə istifadə mənəviyyatsızlıq və lüzumsuzdur.

Qila Qamliel bildirib ki, yeni qaydalar İsrail bazarını ətraf mühit və heyvanlar üçün daha təhlükəsiz edəcək. 
10:17
11 iyun 2021
0 0 5
Top