USD 1.7000 EUR 2.0567 RUB 0.0236 TRY 0.2027 QIZIL 1902,10 $ GÜMÜŞ 28,23 $ BREND 71,23 $ AZERİ LİGHT 73,17 $ BITCOIN 36751,5 $

İlon Maskın yeni sürətli yeraltı tuneli istifadəyə verildi

İlon Maskın sahibi olduğu “The Boring Company” şirkəti tərəfindən layihələndirilmiş sürətli yeraltı tunel istifadəyə verilib.

BiznesMedia xəbər verir ki, ilk “Loop Transportation System” yeraltı tuneli Los-Ancelesdəki konfrans mərkəzinin altında inşa olunub. İki ədəd birtərəfli tuneldən ibarət nəqliyyat infrastrukturu gözlənilən ümidləri doğrultmayıb.

Belə ki, öncədən bəyan olunduğu kimi, tunelin daxilində Tesla avtomobili ilə saatda 200 km/saat sürətlə hərəkət etmək mümkün olmayıb. Avtomobillərin sıxlığından maksimal sürət yalnız 60 km/saata çatıb. Bununla yanaşı, tunel yalnız üç dayanacaqdan ibarət olduğu üçün onun vasitəsilə konfrans mərkəzinin istənilən yerinə gedib çatmaq elə də əlverişli deyil.

Bir sözlə, iki il ərzində inşa olunan tunel onu səbirsizliklə gözləyənləri məyus edib. Onun inşasının davam etdiriləcəyi isə sual altındadır. Ən azı ona görə ki, tunelin hər 1.5 km-lik hissəsi 1 milyard dollara başa gəlir.   

Qeyd edək ki, şirkət eyni tuneldən Vaşinqton və Nyu Yorkda da açmağı düşünür.
10:39
11 iyun 2021
1 0 9
Top