USD 1.7000 EUR 2.0567 RUB 0.0236 TRY 0.2027 QIZIL 1902,10 $ GÜMÜŞ 28,23 $ BREND 71,23 $ AZERİ LİGHT 73,17 $ BITCOIN 36751,5 $

Banklar geri qaytarılmış aktivlərə görə ƏDV ödəməmək üçün müraciət ediblər

Azərbaycanda fəaliyyət göstərən bankları geri qaytarılmış aktivləri görə Əlavə Dəyər Vergisinin (ƏDV) ödənilməsindən azad edilmələrini istəyir.

BiznesMedia xəbər verir ki, bu barədə Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) hazırladığı "Ağ Vərəq" adlı sənəddə bildirilib.

“Vergi Məcəlləsinin 3-cü maddəsində öz əksini tapmış vergilərin müəyyən edilməsi və tutulması prinsiplərinə əsasən, vergitutma ədalətli olmalı, sahibkarlıq və investisiya fəaliyyətlərini təşviq etməlidir. ƏDV-dən azad olan əməliyyatlar Məcəllənin 164-cü maddəsində qeyd olunib. Həmin maddə həm də maliyyə xidmətlərinin göstərilməsi ilə əlaqədar malların təqdim edilməsi üçün şamil olunur. Məcəllənin 164, 13.2.14 və 13.210-cu maddələri birlikdə nəzərə alınmaqla borc təminatı olan daşınmaz əmlakın balans vərəqəsinə ötürülməsi maliyyə xidməti hesab olunur və bu əmlakı bankın digər şəxsə satması ƏDV-dən azad olunmalıdır. Bununla, bank qanunvericilik üzrə yaranmış öhdəlik fonunda birmənalı olaraq bu aktivləri özünün balans vərəqəsində nəzərdən keçirir və mümkün qədər qısa müddətdə onu satır. Qeyd olunmuş vəziyyətdə 18% ƏDV tələbinin geri qaytarılmış aktivlərin satışı təqdirində banklar üçün istisna olunması tövsiyə olunur”, - deyə sənəddə qeyd olunub.
11:08
11 iyun 2021
0 0 2
Top