USD 1.7000 EUR 2.0567 RUB 0.0236 TRY 0.2027 QIZIL 1902,10 $ GÜMÜŞ 28,23 $ BREND 71,23 $ AZERİ LİGHT 73,17 $ BITCOIN 36751,5 $

Bakı metrosunda iş saatı uzadıla bilər? - AÇIQLAMA

Bu gündən futbol üzrə Avropa çempionatı start götürür. Yarışın qrup mərhələsinin üç, 1/4 finalın isə bir oyunu Bakıda keçiriləcək. İyulun 11-dək davam edəcək yarış günlərində “Bakı Metropoliteni” QSC gücləndirilmiş rejimdə çalışacaq və yarış günlərində Bakı metrosunda iş saatlarında dəyişiklik ediləcək.

BiznesMedia xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Bəzi günlərdə yarışlar gec saatlarda keçiriləcəyindən tamaşaçıların mənzil başına rahat çatması üçün metroda iş saatlarının uzadılması müzakirə olunur.

B.Məmmədov onu da əlavə edib ki, 12 iyun şənbə və 20 iyun bazar günü olmasına baxmayaraq, metroda sənişindaşıma dayandırılmayacaq:

“Eyni zamanda oyunların keçirilməsi nəzərdə tutulan digər şənbə-bazar günlərilə bağlı da müzakirələr aparılır. Müzakirələrin nəticələri barədə ictimaiyyətə açıqlama veriləcək”.

Xatırladaq ki, Nazirlər Kabinetinin 26 may 2021-ci il tarixli 151 №-li qərarına uyğun olaraq, aşağıdakı müddətlərdə ictimai nəqliyyat, o cümlədən Bakı metropoliteni fəaliyyət göstərməyəcək:

- 5 iyun saat 00:00-dan 7 iyun saat 06:00-dək;
- 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-dək;
- 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək;
- 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək.
12:10
11 iyun 2021
0 0 8
Top