USD 1.7000 EUR 2.0567 RUB 0.0236 TRY 0.2027 QIZIL 1902,10 $ GÜMÜŞ 28,23 $ BREND 71,23 $ AZERİ LİGHT 73,17 $ BITCOIN 36751,5 $

Türkiyənin yük daşıma qiymətlərinin iqtisadiyyata təsiri

Artan yük qiymətləri Türkiyənin Çinə qarşı rəqabət üstünlüyünü yaradıb. 

BiznesMedia xəbər verir ki, Bloomberg HT-yə açıqlama verən BDP Beynəlxalq Yaxın Şərq, Türkiyə və Afrika üzrə İdarəedici direktoru Fikrət Ersoy yük qiymətlərindəki artımın Türkiyəyə rəqabət üstünlüyü qazandırdığını bildirib.

“Araşdırmamıza görə, Türkiyədən Livornoya yük 1000 Avro, Çindən Livornoya 9000 dollardır. İndi belə bir vəziyyətdə Türkiyə ciddi rəqabət üstünlüyü qazanır”, - deyən Ersoy ixracatda əhəmiyyətli bir artım olduğunu söyləyib.

Ersoy, Türkiyənin lojistik maliyyətinin 20-40 faiz artdığını, rəqiblərinin lojistik xərclərinin 300 faiz artdığını vurğulayıb və "Pandemiya dövründə işin iqtisadi ölçüsünü düzgün idarə etsəydik, bəlkə də Türkiyə iqtisadiyyatı 7-8 faiz deyil, 12-13 faiz böyüyərdi".

14:55
11 iyun 2021
0 0 2
Top