USD 1.7000 EUR 2.0154 RUB 0.0231 TRY 0.1987 QIZIL 1820,3 $ GÜMÜŞ 25,314 $ BREND 74,25 $ AZERI LIGHT 74,43 $ BITCOIN 40120.75 $

Asiyanın ən böyük şirkəti "Sumo"nu alır

Bakı, 22 iyul - BiznesMedia. "Tencent", İngiltərənin oyun istehsalçısı "Sumo"nu satın aldığını açıqlayıb.

Çin şirkəti "Tencent" Böyük Britaniyanın "Sumo Group"da sahib olduğu səhmlərdən başqa qalan səhmləri də alıb.

Asiyanın ən dəyərli şirkəti olan "Tencent" "Sumo"nun hər səhmi üçün 513 pens ödəyib. "Sumo"nun dəyəri 1,26 milyard dollar müəyyən edilib.

"Tencent" hal-hazırda "Sumo"nun 8,75% hissəsinə sahibdir. Qalan hissələr 803 milyon sterlinq edir. 

Qeyd edək ki, "Tencent" bulud xidməti, oyunlar və video məzmunlardan əldə etdiyi gəliri bu il artırmağı planlaşdırdığını açıqlamışdı.

"Sumo" "Apple" və "Xbox Electronic Arts" kimi yayımçılar üçün oyunlar yaradır. "Sumo"nun direktoru Lan Livinqston etdiyi açıqlamada, "Şirkət "Tencent"in video oyun ekosisteminden, sektordakı təcrübəsindən və strateji resurslarından faydalanacaq" deyib.
09:41
22 iyul 2021
0 0 3
Top