USD 1.7000 EUR 2.0154 RUB 0.0231 TRY 0.1987 QIZIL 1820,3 $ GÜMÜŞ 25,314 $ BREND 74,25 $ AZERI LIGHT 74,43 $ BITCOIN 40120.75 $

"Tesla" avtomobil satışlarında bitkoinlə ödənişi qəbul edəcək

Bakı, 22 iyul - BiznesMedia. Elektrikli avtomobil istehsalçısı olan "Tesla" şirkəti bitkoini ödəmə vasitəsi olaraq qəbul edəcək.

Bu barədə şirkətin rəhbəri İlon Mask məlumat verib.

"Bərpa olunan enerjini istifadəsinin 50%-dən daha yüksək nəticəyə çatmasını istəyirəm, bu səbəbdən də, "Tesla" böyük ehtimalla bitkoin qəbul etməyə davam edəcək"- deyə o, bildirib.

Əlavə edək ki, İlon Mask may ayında "Twitter"də etdiyi bir paylaşımda ərtaf mühitlə bağlı narahatlığını əsas gətirərək "Tesla" avtomobillərinin satışında bitkoin qəbulunu dayandırdığını bildirmişdi.
10:52
22 iyul 2021
0 0 5
Top