USD 1.7000 EUR 2.0154 RUB 0.0231 TRY 0.1987 QIZIL 1820,3 $ GÜMÜŞ 25,314 $ BREND 74,25 $ AZERI LIGHT 74,43 $ BITCOIN 40120.75 $

Azərbaycanda "Facebook" istifadəçilərinin sayı bəlli oldu

Bakı, 22 iyul - BiznesMedia."Facebook" sosial şəbəkəsinin Azərbaycan üzrə istifadəçilərinin əhaliyə nisbətdə nüfuzetmə səviyyəsi (30 iyun 2021-ci il tarixinə) 42,3% təşkil edib.

Bu barədə "Internet World Stats"ın (IWS) dərc etdiyi hesabatda deyilir.

IWS-in məlumatına görə, 10,223 milyondan çox əhalisi olan ölkədə "Facebook" istifadəçilərinin sayı 4,327 milyonu ötür.

Cari ilin əvvəlindən (IWS-nin 2020-ci ilin dekabrın 31-də dərc etdiyi son hesabatının nəticələri ilə müqayisədə) iyunun 30-dək, ölkə üzrə "Facebook" istifadəçilərinin sayında 3,4% artım qeydə alınıb.

Bu dövr ərzində "Facebook"un əhali arasında nüfuz dərəcəsi 0,1 faiz bəndi azalıb.

Qeyd edək ki, sosial şəbəkənin Cənubi Qafqaz ölkələri üzrə istifadəçi sayı Gürcüstanda 3,222 mln., Ermənistanda isə 1,863 mln. təşkil edir. (APA)
11:11
22 iyul 2021
0 0 3
Top