USD 1.7000 EUR 2.0154 RUB 0.0231 TRY 0.1987 QIZIL 1820,3 $ GÜMÜŞ 25,314 $ BREND 74,25 $ AZERI LIGHT 74,43 $ BITCOIN 40120.75 $

Twitter"da "dislike" dövrü başlayır

Bakı, 22 iyul - BiznesMedia. "Twitter" çoxdan gözlənilən "dislike" xüsusiyyətinin ilk mərhələsinə başlayıb.

Xüsusiyyət artıq bəzi iOS istifadəçiləri üçün açıqdır. "Dislike" haqqında başqa vacib məlumat bəyənməmələrin sayının "tweet" sahibi və ya başqası tərəfindən görülməməsidir.

"Twitter" tvitlərə edilən "dislike" sayına baxmağa icazə verməsə də, tvitlərə verilən cavabların sırası müvafiq olaraq dəyişəcək. Balanslı bəyənmə nisbəti ilə cavablar ön plana çıxsa da, ən çox bəyənilməyən cavablar aşağıda qalacaq.

Mövcud test prosesi yalnız iOS istifadəçiləri üçün nəzərdə tutulub. Digər platformalar üçün tətbiq yaxın həftələrdə mövcud olacaq. Test prosesi bitdikdən sonra xüsusiyyət ictimaiyyətə təqdim ediləcək.

11:53
22 iyul 2021
0 0 3
Top