USD 1.7000 EUR 2.0154 RUB 0.0231 TRY 0.1987 QIZIL 1820,3 $ GÜMÜŞ 25,314 $ BREND 74,25 $ AZERI LIGHT 74,43 $ BITCOIN 40120.75 $

“Hyundai Motor” xalis mənfəətlə bağlı hesabat verdi

Bakı, 22 iyul - BiznesMedia. Cənubi Koreyanın avtomobil istehsalçısı “Hyundai Motor”un səhmdarlara aid ilin birinci yarısında xalis mənfəəti 3,089 trilyon von (2,7 milyard dollar) təşkil edib ki, bu da bir il əvvələ nisbətən 4,5 dəfə çoxdur.

Yarım il üçün gəlir 57,717 trilyon von (50 milyard dollar) təşkil edib ki, bu da keçən ildəkindən 22,3% çoxdur. Əməliyyat gəliri illik müqayisədə 2,4 dəfə artaraq 3,543 trilyon vona (3,1 milyard dollar) çatıb.

İkinci rübdə səhmdarlara aid xalis mənfəət 7,7 dəfə artaraq 1,762 trilyon vona (1,5 milyard dollar) çatıb. Gəlir illik müqayisədə 38,7 % artaraq 30,326 trilyon vona (26,2 milyard dollar) çatıb. Əməliyyat gəliri 3.2 dəfə artaraq 1,886 trilyon vona (1,6 milyard dollar) çatdı.

İkinci rübdə şirkət 2,022 milyon avtomobil satıb ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 40,8% çoxdur.
12:00
22 iyul 2021
0 0 2
Top