USD 1.7000 EUR 2.0154 RUB 0.0231 TRY 0.1987 QIZIL 1820,3 $ GÜMÜŞ 25,314 $ BREND 74,25 $ AZERI LIGHT 74,43 $ BITCOIN 40120.75 $

Epidemiyaya səbəb olan bu şirkətlər 26 milyard dollar ödəyəcək

Bakı, 22 iyul - BiznesMedia. Bir qrup dövlət vəkili ölümcül opioid epidemiyasına səbəb olduqları iddiasıyla böyük dərman şirkətləri ilə imzalanan 26 milyard dollarlıq bir anlaşmanın üzərini açıb. 

Razılaşma təklifinə əsasən, ABŞ-ın üç ən böyük dərman distribütoru - “McKesson Corp.”, “Cardinal Health Inc. “ və “AmerisourceBergen Corp.” ümumilikdə 21 milyard dollar, dərman istehsalçısı “Johnson & Johnson” isə 5 milyard dollar ödəməlidir.

Vəsaitin asılılıqdan müalicə, ailəyə dəstək, təhsil və digər sosial proqramlara xərclənməsi gözlənilir.

Müqavilə 1998-ci ildə 246 milyard dollarlıq tütün müqaviləsini geridə qoyaraq indiyə qədər baş verən ikinci ən böyük nağd hesablaşmadır. Müqavilənin müzakirəsinə ölkənin ştatlarının aparıcı vəkilləri və 15 ştatın baş prokurorları cəlb edilib.

“McKesson” 7.9 milyard dollar, “AmerisourceBergen” və “Cardinal” isə hər biri 6.4 milyard dollar ödəməyə razılaşıb. Ödənişlər 18 il ərzində həyata keçiriləcək.

“Johnson & Johnson” ilk üç il ərzində 3.7 milyard dollar olmaqla 9 il ərzində ödəniş edəcək.

Cəmi məbləğ 2,2 milyard dollara yaxını vəkil haqları və məhkəmə xərclərini qarşılayacaq.

"Bu razılaşma opioid böhranının həllində mühüm irəliləyiş əldə etmək üçün dövlət və yerli səyləri birbaşa dəstəkləyəcək",-“Johnson & Johnson”un baş vəkili Maykl Ulman deyib.

Distribütorlar çox sayda asılılıq yaradan ağrı kəsicinin qanunsuz qurumlara yönəldilməsinə və cəmiyyətləri dağıtmasına imkan yaradan zəif nəzarətdə, “Johnson & Johnson” isə opioid marketinqində asılılıq riskini kiçik göstərməkdə günahlandırılır.

Qeyd edək ki, şirkətlər iddiaları rədd ediblər.

13:18
22 iyul 2021
0 0 3
Top