USD 1.7000 EUR 2.0154 RUB 0.0231 TRY 0.1987 QIZIL 1820,3 $ GÜMÜŞ 25,314 $ BREND 74,25 $ AZERI LIGHT 74,43 $ BITCOIN 40120.75 $

“Dalğa Beach”də qiymətlər necə tənzimlənir? - Rəhim Quliyev VİDEO/MÜSAHİBƏ

Bakı, 22 iyul - BiznesMedia. Bizim yeni layihəmizin, 2019-cu ilin layihəsi əsasında hazırlanan “Dalğa Lite” çimərliyinin giriş qiymətlərini 10 AZN-ə müəyyən etmişik. Bu qiymət başqa rəqib çimərliklərin qiyməti ilə müqayisədə çox münasibdir. “Dalğa Beach” isə Qafqazın ən böyük "aqua park"ıdır. Belə bir "aqua park" üçün qiymətlərimiz ortadır.

Bu sözləri AVTO FM radiostansiyasında yayınlanan “Danışır Biznes”in qonağı “Dalğa Beach” istirahət mərkəzinin direktor müavini Rəhim Quliyev Azərbaycanda istirahət mərkəzlərinin idarə olunmasından danışarkən bildirib.

“Qiymətin tənzimlənməsi beynəlxalq sistemdən götürülür.  Bizdə "aqua park"ların qiymətləri həftə içi və həftə sonu olaraq fərqli tətbiq olunur. Çimərlik olan zaman həftə içi və həftə sonu qiymətlər dəyişilmir. "Aqua park"da isə həftə içi gələn qonaqların sərbəstliyini veririk. Elə qonaqlar var ki, onlar yalnız həftə içi gəlirlər. Həftə sonu bildiyimiz qədər kütlə sıxlığı yaranır. “Dalğa Beach”də həftə sonu yuxarı qiymət də olsa kifayət qədər qonaq olur. Həftə sonu olduğu üçün insanlar evdədir və istəyirlər ki, müəyyən əyləncə yerlərinə getsinlər. Həftə içi isə az insan olduğu üçün ona görə bu qiymətlərə belə bölgü etmişik.

2022-ci il üçün ailə paketi hazırlayırıq. Belə ki, həmin paketə hər şey daxil olacaq. Təəssüf ki, pandemiya dövrü bütün sektorlarda olduğu kimi bizim də işlərimizi ləngidib”, - deyə Rəhim Quliyev əlavə edib.

13:27
22 iyul 2021
1 0 41
Top