USD 1.7000 EUR 2.0154 RUB 0.0231 TRY 0.1987 QIZIL 1820,3 $ GÜMÜŞ 25,314 $ BREND 74,25 $ AZERI LIGHT 74,43 $ BITCOIN 40120.75 $

İlham Əliyev Daşkəsəndə səfərdədir - YENİLƏNİB

Bakı, 22 iyul - BiznesMedia. “Daşkəsən şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi başa çatıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Daşkəsənə səfəri çərçivəsində layihə üzrə görülən işlərlə tanış olub. 

Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Daşkəsən rayonuna səfəri çərçivəsində “AzerGold” QSC-nin “Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsinin fəaliyyəti ilə tanış olub.

Dövlət başçısına “Çovdar” qızıl mədənində görülən işlər barədə məlumat verilib.

Prezident İlham Əliyev “Mərəh” qızıl mədənində süxurların ilk partlayış prosesini izləyib.

13:51

Prezident İlham Əliyev iyulun 22-də Daşkəsən rayonuna səfərə gedib.

Dövlət başçısı Daşkəsən şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib.

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, abidəsi önünə gül dəstəsi qoyub.
14:33
22 iyul 2021
0 0 2
Top