USD 1.7000 EUR 1.9811 RUB 0.0239 TRY 0.1817 QIZIL 1787,8 $ GÜMÜŞ 24,274 $ BREND 84,14 $ AZERI LIGHT 85,15 $ BITCOIN 62605,65 $

“Bitcoin” mədənçiliyi qütb dairəsinə keçir - VİDEO

Sibirin Norilsk şəhəri metal əritməsi zamanı yaranan kükürd dioksid tullantıları səbəbindən Rusiyanın ən çox çirklənmiş şəhərlərindən biri kimi tanınır. Bu şəhər dünyanın ən böyük nikel və palladium istehsalçısı  “MMC Norilsk Nikel” ASC-nin vətəni kimi tanınır. 

BiznesMedia xəbər verir ki, bura 180 min əhalisi ilə qütb dairəsinin ən sıx məskunlaşma olan şəhərlərindən biridir və ancaq hava və su yolu ilə gediş-gəlişi mümkündür. Şəhər tezliklə fərqli bir mədən növü ilə məşhur ola bilər - indi Arktikanın yeni “bitcoin” istehsalı üçün ilk kripto təsərrüfatına ev sahibliyi edir. Təsisçisi rus olan “BitCluster” ötən ilin sonlarında fəaliyyətə başladıqdan sonra artıq işini böyütməyi planlaşdırır.

 
“BitCluster”in girişində metal tullantılarından “bitcoin”i xarakterizə edin simvol ucaldılıb. “Bitcoin” mədənçiliyi əməliyyatların “blokchain” tərəfindən reallaşdırılması prosesidir və hər bloka 6.25 “bitcoin” mükafat qazanılır. “BitCluster”in həmtəsisçisi Vitaliy Borsçenko verdiyi müsahibədə məlumat mərkəzinin tutumu ilə artıq müqavilə bağlandığını və İsveçrə, ABŞ və Yaponiya daxil olmaqla dünyanın hər yerindən müştərilərə xidmət göstərəcəyini söyləyib.

Norilsk şəhərində temperatur -40 dərcəyə qədər enir və orta illik temperatur 0 dərəcdən aşağı olur. “Bitcoin” mədənçiliyinin əsas xərcləri elektrik enerjisi və avadanlıqların soyutma işinin təşkilidir, elə bu səbəbdən də Norilsk şəhəri daha əlverişli sayılır.


“BitCluster” yeni mərkəzini 2016-cı ildə bağlanmış, Stalin dövründən qalma nikel zavodunun yaxınlığında açıb. Yerləşmənin seçilməsi vacib nüansdır, çünki “Norilsk Nikel”in ərazidə olması enerji bloklarına yaxınlıq və ucuz elektrik enerjisi ilə təmin olunmağına köməklik edəcək.  

"Bura kripto mədənləri üçün mükəmməldir: soyuqdur və ərazidə Rusiyanın heç bir elektrik şəbəkəsi ilə əlaqəli olmayan enerji təchizatı var", - deyə Borsçenko bildirib.
Dörd ədəd köhnə meyvə-tərəvəz konteyneri “bitcoin” mədənçiliyi üçün modifikasiya edilib və “Antminer S19” kimi 360 qurğu quraşdılıb. Ümumilikdə isə 9 müxtəlif ölçülü konteynerdə 5 mindən çox avadanlıq quraşdırılıb. 

 
İndi “BitCluster” Norilskin ikinci ən böyük enerji istehlakçısıdır. Hətta -10 dərəcədə belə avadanlqların soyudulması üçün konteynerlərin havalandırılması lazımdır. “BitCluster” öz təcrübəli mühəndislərini Norilsk şəhərinə digər ərazilərdən gətirdiyi üçün hazırda növbəli şəkildə işləyirlər və gələcəkdə daimi yerləşmələrini təmin etməyə çalışır. Hazırda yerli işçilərlə birlikdə 15 nəfərlik komanda  işləyir. 
“BitCluster” kripto ferması bu il gücünü iki dəfədən çox artıraraq 31 meqavata çatdırıb. Tam gücü ilə gündə orta hesabla altı “bitcoin” qazana bilirlər.
 

11:13
15 yanvar 2021
0 0 20
Top