USD 1.7000 EUR 1.9811 RUB 0.0239 TRY 0.1817 QIZIL 1774,52 $ GÜMÜŞ 23,446 $ BREND 84,42 $ AZERI LIGHT 84,90 $ BITCOIN 62404,2 $

Kəlbəcər və Laçın yol tikintisinə vəsait ayrıldı

Bakı, 28 iyul - BiznesMedia. Prezident İlham Əliyev Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 10 milyon manat ayrılıb.
15:21
28 iyul 2021
0 0 6
Top