USD 1.7000 EUR 1.9912 RUB 0.0232 TRY 0.1965 QIZIL 1751,33 $ GÜMÜŞ 22,355 $ BREND 74,81 $ AZERI LIGHT 76,13 $ BITCOIN 45659,8 $

Tom Henksin iki nəqliyyat vasitəsi auksiona çxarılır - FOTO

Bakı, 29 iyul - BiznesMedia. Məşhur Hollivud aktyoru və rejissoru Tom Henksin iki nəqliyyat vasitəsi bu ilin avqust ayında “Monterey avtomobil həftəsi" zamanı “Bonhams” auksionuna çıxarılacaq. Vasitələrdən biri 1992-ci ildə Henksin filmlər çəkərkən istifadə etdiyi “1992 Airstream Model 34 Limited Excella” səyahət treyleri, digəri isə şəxsi istifadəsi üçün istehsal etdirdiyi 1980-ci il “Toyota FJ40 Land Cruiser” modelidir.

Treyler 1993-cü ildə Henksin şəxsi istifadəsi üçün öz tələblərinə uyğun təchiz edilib. O, bu vasitəni 2017-ci ilə qədər filmlərdə istifadə edib. Vasitənin satış səbəbi “Bonhams” qeydlərində əks edilməyib.

“Bonhams” beynəlxalq auksion evi treylerin 150-250 min dollara satılacağını proqnozlaşdırır.

“Toyota FJ40 Land Cruiser”i üçün isə 75-125 min dollar arasında satış qiyməti proqnozlaşdırılır. 

Qeyd edək ki, vasitələrin hər ikisində Tom Henksin imzası mövcuddur.

 
14:32
29 iyul 2021
1 0 5
Top