USD 1.7000 EUR 1.9912 RUB 0.0232 TRY 0.1965 QIZIL 1751,33 $ GÜMÜŞ 22,355 $ BREND 74,81 $ AZERI LIGHT 76,13 $ BITCOIN 45659,8 $

"Qualcomm"un rüblük gəliri

Bakı, 29 iyul - BiznesMedia. Bir çox sənaye sahələrinə mənfi təsir edən çip çatışmazlığına baxmayaraq "Qualcomm" yüksək nəticələrlə rüblük maliyyə gəlirlərini açıqlayıb.

Şirkət analitiklərin 7,58 milyard dollarlıq artım gözləntilərini 8 milyard dollarlıq gəlirlə üstələyə bilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 milyard dollardan 1,5 dəfə çoxdur.

Bu uğurun ən böyük səbəbi yarımötürücülərin istehsalı idi və yalnız bu istehsal şirkətə 6,47 milyard dollar gəlir gətirib. Bu gəlir keçən illə müqayisədə 70 % artıb. Şirkətin "yüksək performanslı 5G cihazlarının dizaynı üçün çox vacib olduğunu" söyləyən "Qualcomm RF" sistem satışlarında ən çox artım görən seqment olub.

Qulaqlıqlar seqmentdə ən az böyüyən sektor idi. Bununla belə 3.86 milyard dollar ilə ən çox gəlir əldə etməyi bacarıb. "Qualcomm" "Snapdragon 888"lə işləyən qabaqcıl cihazların böyüməsi ilə yanaşı ən yaxşı Android telefonlarını gücləndirən 700 seriyalı çiplərdən də böyük qazanc əldə edib.
Qeyd edək ki, "Qualcomm" ilə "Intel" bazar ertəsi ortaqlıqlarını elan edib. Razılaşmaya əsasən, "Intel" 2024 -cü ildə bazara çıxarmağı planlaşdırdığı "Intel 20A" texnologiyasını "Snapdragon" prosessorlarının istehsalında istifadə edəcək.

14:45
29 iyul 2021
0 0 4
Top