USD 1.7000 EUR 1.9912 RUB 0.0232 TRY 0.1965 QIZIL 1751,33 $ GÜMÜŞ 22,355 $ BREND 74,81 $ AZERI LIGHT 76,13 $ BITCOIN 45659,8 $

Dünyanın ən zəngin ölkələrindən biri zibildə “boğulur”

Bakı, 29 iyul - BiznesMedia. Böyük karbohidrogen ehtiyatlarına və turizmin inkişafına görə dünyanın ən zəngin ölkələrindən biri olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) öz zibilxanalarında boğulur. 

“Bloomberg” xəbər verir ki, dövlət yığılmış tullantıların emalı üçün zavodların tikintisinə başlayıb.

Dubayda 1,1 milyard dollar dəyərində emal zavodu inşa edilir. Zavod tullantıları yandıracaq və şəhər üçün elektrik enerjisi istehsal edəcək. Daha kiçik ölçülü müəssisə 2021-ci ildə Şarja əmirliyində (sənaye miqyasında BƏƏ-də ilk) açılacaq. Zibilliklərin ləğvi proqramı çərçivəsində Əbu-Dabidə daha iki layihə hazırlanır. Bütün təkrar emal şirkətlərinin işə düşməsindən sonra ölkə məişət tullantılarının 60 %-ı emal edəcək.

Qəzet iddia edir ki, ölkə yenə də zibilxanalarla mübarizədə bəzi problemlərlə üzləşə bilər. BƏƏ -də tikinti materiallarının, təkərlərin və elektronikaların çeşidlənməsi və təkrar emalı üçün çoxlu obyekt var, lakin məişət tullantılarını yeni məhsullara çevirə bilən müəssisələr azdır. Bundan əlavə, mütəxəssislər bildirirlər ki, tullantıların yandırılması zibilxanaların yaranmasının qarşısını alsa da, atmosferə əlavə olaraq istixana qazlarının tullantılarını atılmasına gətirib çıxarır.

15:16
29 iyul 2021
0 0 4
Top