USD 1.7000 EUR 1.9912 RUB 0.0232 TRY 0.1965 QIZIL 1751,33 $ GÜMÜŞ 22,355 $ BREND 74,81 $ AZERI LIGHT 76,13 $ BITCOIN 45659,8 $

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin təmirinə pul ayrıldı

Bakı, 29 iyul - BiznesMedia. Prezident İlham Əliyev Milli Hematologiya və Transfuziologiya Mərkəzində əsaslı təmir və yenidənqurma işlərinin aparılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, talassemiyalı və hemofiliyalı xəstələri günün tələbləri səviyyəsində tibbi xidmətlə təmin etmək məqsədilə Milli Hematologiya və Transfuziologiya Mərkəzində əsaslı təmir və yenidənqurma işlərinin aparılması üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Səhiyyə Nazirliyinə 600 min manat ayrılıb.
15:20
29 iyul 2021
0 0 4
Top