USD 1.7000 EUR 1.9912 RUB 0.0232 TRY 0.1965 QIZIL 1751,33 $ GÜMÜŞ 22,355 $ BREND 74,81 $ AZERI LIGHT 76,13 $ BITCOIN 45659,8 $

Bu şirkət “Uber”dəki səhmlərini satır

Bakı, 29 iyul - BiznesMedia. "SoftBank" “Uber Technologies Inc”dəki təqribi 45 milyonluq dəyəri olan səhmini satışa çıxarıb.

“Uber”in səhmləri hərracda 4,6% azalaraq 44 dollar olub.

Səhmin “Didi” və “Alibaba”dakı investisiyalarında yaranan zərərləri ödəmək üçün satıldığı bildirilib.

Bu ay “Didi” 37%, “Alibaba” isə 14% itirib.

“SoftBank”ın “Uber”dəki payı 100 milyondan aşağı düşüb.

Xəbərin ardından “SoftBank Group”un səhmləri 4,1% bahalaşıb.

Qeyd edək ki, “SoftBank”ın səhmləri son həftələrdə Pekinin “Didi” və “Alibaba” kimi sürətlə inkişaf edən Çin firmalarını sıxışdırması səbəbi ilə təzyiq altında idi.

15:58
29 iyul 2021
0 0 3
Top