USD 1.7000 EUR 1.9912 RUB 0.0232 TRY 0.1965 QIZIL 1751,33 $ GÜMÜŞ 22,355 $ BREND 74,81 $ AZERI LIGHT 76,13 $ BITCOIN 45659,8 $

"Tencent"in səhmləri ucuzlaşdı

Bakı, 29 iyul - BiznesMedia. Çinin ən iri şirkətlərindən biri “Tencent” iyulda bazar dəyərini 170 milyard dollar itirib.

Bu, ötən ay dünya üzrə ən kəskin ucuzlaşma olub.

Ən çox dəyər itirən şirkətlərin ilk 10-luğuna 9 Çin və bir Niderland şirkəti (“Tencent”də ən iri pay sahibidir) daxildir. Hesablamalara görə, “Alibaba Group” – 103,9 milyard dollar, “Meituan” - 87,9 milyard dollar, “Pinduoduo” – 59,5 milyard dollar ucuzlaşıb.

Çin şirkətlərinin səhmlərinin kütləvi şəkildə satılması ölkənin tənzimləyici orqanlarının IT nəhənglərinə münasibətdə tənzimlənmənin sərtləşdirilməsi fonunda baş verir. Son olaraq investorları təşvişə salan ölkənin sürətlə inkişaf edən sferalarından olan təhsil industriyasındakı islahatlar olub.
20:47
29 iyul 2021
0 0 1
Top