USD 1.7000 EUR 1.9912 RUB 0.0232 TRY 0.1965 QIZIL 1751,33 $ GÜMÜŞ 22,355 $ BREND 74,81 $ AZERI LIGHT 76,13 $ BITCOIN 45659,8 $

Məşhur şirkət işçilərdən peyvənd olunmaqlarını tələb edir

Bakı, 29 iyul - BiznesMedia. "Google" işçilərinin iş yerlərinə qayıtmaları üçün aşı tələbi qoyub.

BBC-nin hesabatına görə, ABŞ texnologiya nəhəngi ilk növbədə ABŞ-dakı mərkəzlərdə  işçilərin aşılama prosesinə başlayacağını bildirib. Daha sonra bu tətbiq "Google"un dünya üzrə 144 min işçisinə çatdırılacaq.

"Google" CEO-su Sundar Piçay (Sundar Pichai) bununla bağlı blog yazısında məlumat verib. Piçay bu mövzuda məsələnin bölgənin şərtlərinə, qaydalara və peyvəndin əlçatanlığına görə dəyişəcəyini əlavə edib.

Qeyd edək ki, "Google" koronavirusun (Covid-19) yeni növü "Delta" səbəbindən dünya kampuslarının tam açılışını sentyabrın 1-dən oktyabrın 18-ə keçirib.

Həmçinin texnologiya nəhənginin işçilərinin xüsusi şərtlərlə 2021-ci ilin sonuna qədər evdən işləməsinin mümkün olacağı açıqlanıb.

16:54
29 iyul 2021
0 0 1
Top