USD 1.7000 EUR 1.9912 RUB 0.0232 TRY 0.1965 QIZIL 1751,33 $ GÜMÜŞ 22,355 $ BREND 74,81 $ AZERI LIGHT 76,13 $ BITCOIN 45659,8 $

Qonşu ölkənin valyuta ehtiyatları bir həftəyə 3 milyard dollar azalıb

Bakı, 29 iyul - BiznesMedia. Rusiyanın valyuta ehtiyatları 16-23 iyul həftəsində 2,9 milyard ABŞ dolları və yaxud 0,5% azalaraq 597,4 milyard dollardan 594,5 milyard dollara düşüb.

Bu barədə Rusiya Bankından (Mərkəzi Bank) bildirilib.

Məlumata görə, valyuta ehtiyatları yenidən mənfi qiymətləndirmənin təsiri altında azalıb və büdcə qaydası çərçivəsində xarici valyuta alınması üçün kompensasiya edilib.

Xatırladaq ki, Rusiya Bankının valyuta ehtiyatları üzrə hədəf səviyyəsi 500 milyard dollardır.
18:07
29 iyul 2021
0 0 3
Top