USD 1.7000 EUR 1.9912 RUB 0.0232 TRY 0.1965 QIZIL 1751,33 $ GÜMÜŞ 22,355 $ BREND 74,81 $ AZERI LIGHT 76,13 $ BITCOIN 45659,8 $

ABŞ-ın nəhəng bankı kriptovalyuta xidmətləri göstərəcək

Bakı, 29 iyul - BiznesMedia.  ABŞ-ın iki qocaman banklarından biri olan “State Street” fondlarının varlı müştərilərinə kriptovalyuta ilə bağlı xidmətlər göstərəcək.

Söhbət imkanlı müştərilərə hesabatlılığın tərtib olunması və rəqəmsal aktivlərlə əməliyyatların emalında köməklik göstərilməsindən gedir.

Bu məqsədlə bank kriptovalyutalarla iş üçün proqram təminatı tədarükçüsü olan “Lukka Inc” şirkəti ilə əməkdaşlığa başlayacaq.

“State Street”in təməli 1796-cı ildə qoyulub. ABŞ-da mövcud banklardan yalnız biri yaşca ondan böyükdür. Bankın aktivləri 40 trilyon dollardır.
18:30
29 iyul 2021
0 0 1
Top