USD 1.7000 EUR 1.9811 RUB 0.0239 TRY 0.1817 QIZIL 1774,52 $ GÜMÜŞ 23,446 $ BREND 84,42 $ AZERI LIGHT 84,90 $ BITCOIN 62404,2 $

"Qarabağ" təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına ilk enişini edib

Bakı, 5 sentyabr-BiznesMedia.Bu gün Füzuli beynəlxalq hava limanında əlamətdar hadisə baş verib.

Hava limanının istismara verilməsindən əvvəl Bakıdan uçan "Azərbaycan Hava Yolları" na məxsus ən böyük "Airbus A340-500" tipli sərnişin təyyarəsi sınaq reysi həyata keçirərək işğaldan azad olunmuş Qarabağın ilk hava limanında eniş edib.

Simvolik məqam ondan ibarətdir ki, həmin təyyarə "QARABAĞ" adını daşıyır (AZAL-ın donanmasında olan təyyarələr Azərbaycanın rayon və şəhərlərinin şərəfinə adlandırılıb).

Bundan əlavə, Azərbaycanın "Silk Way" aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan "Boeing 747-400" tipli hava gəmisi də bu gün Füzuli hava limanına eniş edib. Bu təyyarə ilə Qarabağa ilk dəfə hava yolu vasitəsilə yüklər çatdırılıb.

Sərnişin təyyarəsi ilə Bakı-Füzuli marşrutu üzrə uçuş müddəti təxminən 35 dəqiqə təşkil edib.

12:10
5 sentyabr 2021
0 0 2
Top