USD 1.7000 EUR 1.9811 RUB 0.0239 TRY 0.1817 QIZIL 1787,8 $ GÜMÜŞ 24,274 $ BREND 84,14 $ AZERI LIGHT 85,15 $ BITCOIN 62605,65 $

“Facebook” ilk ağıllı eynəklərini təqdim edib - FOTO

Bakı, 10 sentyabr - BiznesMedia. “Facebook” artırılmış reallıq (AR) texnologiyasına əsaslanan ilk ağıllı eynəklərini təqdim edib.

“Ray-Ban” eynəklərinin istehsalçısı “EssilorLuxottica” ilə ortaq olaraq yaradılan eynəklər istifadəçilərə musiqi dinləmək, zəngləri qəbul etmək, fotoşəkillər və qısa videolar çəkmək və onları “Facebook”un xidmətlərində paylaşmaq imkanı verir. 

“Facebook” "Ray-Ban Stories" adlanan eynəklərin qiymətlərinin 299 dollardan başlayacağını bildirib.

Şirkət eynəkdən istifadə edərək çəkilən və “Facebook View” tətbiqində saxlanılan foto və videoların məzmununu reklamları fərdiləşdirmək üçün istifadə etməyəcəyini və eynəklərin olacağını bildirib.

Qeyd edək ki, eynəklərdə istəyə bağlı olaraq səsli əmrlər vasitəsilə fotoşəkil və videolar çəkmək üçün virtual köməkçi aktiv edilə bilər. “Facebook” istifadəçinin fotoşəkil və ya video çəkdiyi zaman digər insanları xəbərdar etmək üçün eynəklərdəki LED işığının kamera aktiv olduqda görünəcəyini qeyd edib.

13:35
10 sentyabr 2021
0 0 3
Top