USD 1.7000 EUR 1.9811 RUB 0.0239 TRY 0.1817 QIZIL 1787,8 $ GÜMÜŞ 24,274 $ BREND 84,14 $ AZERI LIGHT 85,15 $ BITCOIN 62605,65 $

“Zoom” və “Facebook” interaktiv platforma işə salır

Bakı, 14 sentyabr - BiznesMedia. Videokonfrans xidmətləri təqdim edən “Zoom Video Communications” şirkəti “Facebook”la birgə interaktiv “Whiteboard” platformasını işə salır.

Bu barədə şirkət tərəfindən yayılan məlumatda deyilir.

“Virtual görüşdən əvvəl, görüş zamanı və ondan sonra effektiv və istifadəsi asan olan vizual birgə əməkdaşlığı təmin edən yeni daimi interaktiv lövhə yaratdığımızı bildirməkdən məmnunuq”, - deyə məlumatda bildirilir.

“Zoom” qeyd edir ki, “Whiteboard” istənilən müəssisənin istənilən cihazdan, hətta oflayn olaraq ideya yaratmaq, şərh etmək və paylaşmaq üçün istifadə edə biləcəyi real vaxtda asenxron əməkdaşlıq üçün virtual mərkəz olacaq.

Şirkət, həmçinin bildirir ki, bu əməkdaşlıq gələn il virtual reallıqdan istifadə edərək yeni “Horizon Workrooms” tətbiqinin işə salınması üçün ön şərt olacaq. O, insanların eyni virtual görüş otağında bir araya gəlməsinə imkan verəcək.

“Bu inteqrasiya, “Zoom Meetings” və “Zoom Whiteboard”u “Facebook”un “Oculus” qulaqlıqları ilə virtual reallığa gətirəcək”, - şirkət qeyd edir.

11:56
14 sentyabr 2021
0 0 5
Top